Suares "Barsa" ilə yeni müqavilə imzalamaq istəyir

1 Yanvar 2020 15:45 İspaniya 893
Suares "Barsa" ilə yeni müqavilə imzalamaq istəyir

“Barselona”nın futbolçusu Luis Suares Kataloniya təmsilçisi ilə yeni müqavilə imzalamaq istəyir.

Sportinfo.az xəbər verir ki, bu barədə uruqvaylı hücumçu İspaniya mətbuatına açıqlamasında deyib:

“Hər zaman bütün gücümü verdiyim bu klubda çox xoşbəxtəm. Statistikalar və rəqəmlər də bunu göstərir. Düşünürəm ki, müqaviləmi uzatmaq məsələsini müzakirə edə bilərik. Yəqin yeni sözləşmə imzalayacağıq”.

2014-cü ildən “Barselona”da forma geyinən Suaresin müqaviləsi 2021-ci ilin yayına qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti