“Betis”in futbolçusu Nabil Fekir “Barselona”nın hücumçusu Lionel Messi ilə bağlı açıqlama verib.
Sportinfo.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Messiyə bənzədiyini bildirib: “Futbolçular aktyorlardır və bizim əsas məqsədimiz tamaşaçılara zövq verməkdir.
Messi ilə mənim oyun üslubumuz oxşardır, amma onun kimi olduğumu demək dəlilik olar. Onun qədər yaxşı deyiləm, amma bəzi məqamlarda ona bənzəyirəm. Messi insanların izləmək istədiyi, onlara futbolu sevdirən bir futbolçudur”.

