"Onu 200 milyondan baha olsa da, alardım" - "Real"ın əfsanəsindən çağırış

29 Dekabr 2019 20:27 İspaniya 1 182
"Onu 200 milyondan baha olsa da, alardım" -

"Real Madrid"in əfsanəvi futbolçularından Uqo Sançes "Kral klubu"nun rəhbərliyinə səslənib.

O, klub bosslarına ingilis hücumçu Harri Keyni transfer etməyi məsləhət görüb. Sportinfo.az "Football Espana"ya istinadən xəbər verir ki, Uqo Sançes "Real"ın məhz Keyn səviyyəsində futbolçuya ehtiyacı olduğunu vurğulayıb.

"Mən Harri Keyni çoxdan izləyirəm. "Real"ın məhz belə hücumçuya ehtiyacı var. Klub prezidentinin yerinə olsam, onunla çox düşünmədən müqavilə bağlayardım. Hətta qiyməti 200 milyon avrodan çox olsa belə.

Vaxtında Ronaldo da yüksək qiymətə alınmışdı. Amma necə effekt verdiyini hamı gördü. Kriştianunun gedişindən sonra onun rolunu Benzema üzərinə götürüb. Amma o, təkdir. Benzemaya dəstək üçün ikinci forvarda ehtiyac var"

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti