“Mançester Siti”nin müdafiəçisi Joao Kanselo karyerasını İspaniyada davam etdirə bilər.
Sportinfo.az xəbər verir ki, “Valensiya” portuqaliyalını heyətinə qatmağı planlaşdırır. Müdafiəni gücləndirmək istəyən İspaniya klubunun əsas prioritetinin Kanselo olduğu və onun üçün yanvarda danışıqlara başlamaq istədiyi bildirilir.
Futbolçu “şəhərlilər”in heyətində kifayət qədər şans qazana bilməməsindən şikayətlənir. Avqustda “Mançester Siti”yə transfer olunan 25 yaşlı futbolçu, cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla iştirak etdiyi 15 oyunda 1 qolla yadda qaldı.

