"Barselona"da 2020-ci ilin sürpriz transfer hədəfləri

27 Dekabr 2019 09:51 İspaniya 1 434
"Barselona"da 2020-ci ilin sürpriz transfer hədəfləri

"Barselona" 2020-ci ildə bütün xətlərini gücləndirəcək. Sportinfo.az xəbər verir ki, bununla bağlı rəhbərlik keçirilən iclasda qərar qəbul edib.

Texniki katiblik artıq bununla bağlı konkret işə başlayıb. Prioritet hədəf yarımmüdafiə xətti ilə bağlı olacaq. İvan Rakitiç və Arturo Vidal çox güman ki, yayda komandanı tərk edəcək.

Yaranan boşluğu doldurmaq baxımından danışıqlara start verilib. Kataloniyalılar hücum xəttini "İnter"li Lautaro Martines və PSJ-li Neymarla gücləndirmək niyyətindədi.

Həmçinin mövsümün sonunda müdafiəçi də alınacaq. "Barselona" 18 turdan sonra La Liqada 39 xalla birinci pillədə qərarlaşır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti