Ukraynanın İspaniyadakı səfiri Anatoloi Şerbak “Albasete”nın futbolçusu Roman Zozulyanın üzləşdiyi problem barədə danışıb.
Sportinfo.az xəbər verir ki, “Rayo Valyekano” fanatları ukraynalı legioneri nasizmdə ittiham etmişdilər. Səfir bildirib ki, “Rayo Valyekano” bu insidentə görə mütləq cəzalanacaq:
“Cəza olacaq. ilk növbədə kluba qarşı. İntizam komitəsi kluba qarşı sanksiya tətbiq edəcək. Bu, maliyyə sanksiyası da ola bilər.
Sanksiya olmalıdır ki, bir daha belə hal yaşanmasın. Ötən həftə La Liqanın ofisində görüşüm oldu. Həmin görüşdə İspaniya tərəfi futbolçuya tam dəstək olduğunu bildirdi. İspaniya hakimiyyətinin də bu məsələyə münasibətini gözləyirik. Cəza mütləq olmalıdır”.
Ukraynalı futbolçuya göstərilən təzyiqlərə görə, “Rayo Valyekano” – “Albaseta” qarşılaşması yarımçıq dayandırılıb.

