2013-cü ildən La Liqanın prezidenti olan Xavyer Tebas qarşıdakı 4 ildə də İspaniya çempionatına rəhbərlik edəcək.
Sportinfo.az xəbər verir ki, bu barədə federasiyanın saytı məlumat yayıb.
Bütün klublardan dəstək alan 57 yaşlı kosta rikalı funksioner səsvermədə yalnız Sequnda təmsilçisi "Saraqosa"nın etimadını qazana bilməyib. 2024-cü ilə qədər bu vəzifəni icra edəcək Tebas dekabrın əvvəli yenidən prezident seçilmək üçün istefa vermişdi.

