"Barselona" bu il ev oyununda heç bir matçı uduzmayıb.
Sportinfo.az xəbər verir ki, komanda "Kamp Nou" keçirdiyi 28 matçda 24 qələbə qazanıb və 4 dəfə heç-heçə oynayıb. Topların fərqi 81-20-ə təşkil edib.
Belə nailiyyətə kataloniyalılar öz tarixlərində yeddinci dəfə imza atıblar. Daha əvvəl "Barselona" 1957, 1959, 1968, 1974, 1975 və 2011-ci illərdə "Kamp Nou"da məğlubiyyətsiz başa vurub.
"Barselona" 39 xal yığaraq İspaniyanın çempionatının yarış cədvəlində 1-ci yer tutur. İlk "üçlüy"ə həmçinin Madrid "Real"ı (36 xal) və "Sevilya" (34) daxildir.

