“Barselona” İspaniya Futbol Federasiyası tərəfindən cərimələnib.
Sportinfo.az xəbər verir ki, buna səbəb La Liqanın 10-cu turundan təxirə salınan “Real”la oyun (0:0) zamanı kataloniyalı azarkeşlərin meydana toplar atması və oyunun 55-ci dəqiqəsində fasilə yaranması olub.
Buna görə, “Barsa” 1500 avro məbləğində cərimə olunub və kluba son xəbərdarlıq edilib.

