İspan futbolunun "qoca qartal"ı - ƏFSANƏVİ STEFANONU ARXADA QOYDU

9 Dekabr 2019 10:23 İspaniya 514
İspan futbolunun "qoca qartal"ı  - ƏFSANƏVİ STEFANONU ARXADA QOYDU

İspaniya La Liqasının 16-cı turunun “Atletik”lə ev oyunu “Betis”in hücumçusu Xoakin üçün əlamətdar olub. Sportinfo.az xəbər verir ki, komandasının 3:2 hesabıyla qalib gəldiyi bu oyunda təcrübəli forvard İspaniya çempionatının tarixinə düşüb.

Belə ki, “Betis”in hər üç qoluna imza atan Xoakin La Liqa tarixində het-trik edən ən yaşlı futbolçu olub. O, buna 38 yaş, 140 günlüyündə nail olub.

Xoakin “Atletik”in qapısına matçın ilk 20 dəqiqəsində (2, 11 və 20) yol tapıb. Təcrübəli futbolçu indiyə qədər La Liqada 532 oyun keçirib, 74 qola, 54 məhsuldar ötürməyə imza atıb. İspaniya La Liqasında əvvəlki rekord 37 yaşında het-trik etmiş Madrid “Real”ının əfsanəsi Alfredo Di Stefanoya aid idi.

Xəbər Lenti
22 Sentyabr 23:20 Qurban Qurbanova çatdı
22 Sentyabr 22:20 Vidalla müqavilə imzaladı