"Real"ın forvardı rekorda imza atdı

7 Noyabr 2019 22:10 İspaniya 444
"Real"ın forvardı rekorda imza atdı

"Real"ın hücumçusu Rodriqo Çempionlar Liqasının dördüncü turu çərçivəsində "Qalatasaray"a qarşı keçirilən görüşdə rekorda imza atıb.

Sportinfo.az xəbər verir ki, braziliyalı futbolçu Çempionlar Liqasında ən qısa vaxt ərzində dubl edən futbolçu kimi tarixə düşüb. Bunun üçün ona 6 dəqiqə 4 saniyə bəs edib.

18 yaş 301 günlüyündə olan Rodriqo həm də ÇL-də qol vuran ən gənc braziliyalı olub. O, "Qalatasaray"la matçda iki qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. 19 yaşlı forvard 2018-ci ildə Braziliyanın "Novorizontino" klubundan "Real"a keçib.

Digər Xəbərlər
Xəbər Lenti