“Real”ın oyununda baş verənləri araşdıracaq - POLİS

15 Aprel 15:20 İspaniya 958
“Real”ın oyununda baş verənləri araşdıracaq - POLİS

İspaniya polisi La Liqanın 31-ci turu çərçivəsində ötən həftəsonu “Malyorka”nın “Real”ı qəbul etdiyi “Palma-de-Malyorka”da baş verən insidenti araşdıracaq.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, görüş zamanı “Real”ın müdafiəçisi Orelyen Tçuameni meydan sahiblərinin azarkeşlərindən biri tərəfindən dəfələrlə təhqir olunub.

Daha sonra “Malyorka”nın mətbuat xidməti bu faktı təsdiqləyib, futbolçudan üzr istəyib və hadisənin hərtərəfli araşdırılması üçün hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq ediləcəyinə söz verib.

Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb və yeganə qolu Tçuameni vurub.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU