19 yaşlı vingerin 125 milyon avroluq transferini bitirirlər

22:00 İspaniya 83
19 yaşlı vingerin 125 milyon avroluq transferini bitirirlər

“Real”ın heyətinə qatmağa hazırlaşdığı Yan Diomandenin transferi son mərhələyə çatıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Leyptsiq” 19 yaşlı vingerinə Madridə uçması üçün rəsmi icazə verib.

Fil Dişi Sahilindən olan futbolçu yaxın saatlarda “Real” üçün tibbi müayinədən keçəcək. Müayinənin uğurla başa çatacağı təqdirdə, transfer rəsmən tamamlanacaq.

Daha əvvəl yayılan xəbərlərə görə, Madrid təmsilçisi bu keçid üçün “Leyptsiq”ə 125 milyon avro ödəyəcək.

Müqavilədə nəzərdə tutulan bonusların reallaşacağı halda isə transferin ümumi dəyəri 140 milyon avroya çata bilər.

“Real” İspaniya La Liqasının yeni mövsümündə ilk oyununu səfərdə “Espanyol”a qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti