Mourinyonun “Real”da görmək istədiyi müdafiəçinin adı bilindi

00:00 İspaniya 92
Mourinyonun “Real”da görmək istədiyi müdafiəçinin adı bilindi

Hazırda “Benfika”nı çalışdıran Joze Mourinyo “Real”a qayıdacağı təqdirdə, komandanın müdafiə xəttini gücləndirməyi planlaşdırır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssisin əsas transfer hədəfi Alessandro Bastonidır.

“İnter”in müdafiəçisi onun ilk seçimi sayılır. Həmçinin, İtaliya millisinin dünya çempionatına vəsiqə qazana bilməməsi Bastoninin Mourinyo ilə işə daha tez başlama ehtimalını artırır.

63 yaşlı çalışdırıcı, həmçinin, “Real Sosyedad”ın müdafiəçisi Con Martinin də transferini istəyir. Ancaq hər iki futbolçunun eyni vaxtda transferi real görünmür.

İspaniyalı Martin bu mövsüm 32 oyunda meydana çıxıb, 2 qol vurub, Bastoni isə “İnter”də 40 matçda 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti