Klub rəhbərliyinə siyahı verdi - Azı 4 transfer istədi

21 May 10:20 İspaniya 1 896
Klub rəhbərliyinə siyahı verdi - Azı 4 transfer istədi

“Real Madrid”in yeni baş məşqçisi Joze Mourinyo artıq komandanın heyətini gücləndirmək üçün planlar qurmağa başlayıb.

Sportinfo.az “The Touchline” nəşrinə istinadən xəbər verir ki, təcrübəli mütəxəssis “kral klubu”nun rəhbərliyinə müraciət edərək eyni vaxtda bir neçə mövqeyin gücləndirilməsini tələb edib.

Mənbənin məlumatına görə, portuqaliyalı çalışdırıcı rəhbərlikdən ən azı 4 yeni futbolçunun transfer olunmasını istəyib.

Mourinyonun komandasında görmək istədiyi mövqelər aşağıdakılardır:

1. Bir və ya iki mərkəz müdafiəçisi;

2. Sağ cinah müdafiəçisi;

3. Bir və ya iki yarımmüdafiəçi;

4. Sağ cinah hücumçusu (vinger).

J. Mourinyo 2010-2013-cü illərdə də “Real”a rəhbərlik edib. Sözügedən dövrdə o, komanda ilə İspaniya çempionluğu, həmçinin ölkə kuboku və Superkubokunu qazanıb.

Portuqaliyalı mütəxəssisin son iş yeri Lissabonun “Benfika” klubu olub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?