“Barselona”nın vitse-prezidenti Rafa Yuste komandanın son illərdə keçdiyi inkişaf yolundan danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəsmisi, yeni rəhbərliyin “Barselona”ya gəldiyi dönəmdə vəziyyətin gözlənildiyindən də ağır olduğunu və komandanı ayaqda saxlamaq üçün sərt qərarlar vermək məcburiyyətində qaldıqlarını bildirib:
“Kluba gəldiyimiz zaman onu hansı vəziyyətdə tapacağımızı təsəvvür etmirdik. “Barselona”nı yenidən həyata qaytarmaq üçün çox sərt addımlar atmalı olduq.
Rəhbərliyin düzgün işi sayəsində həmin çətin dövr indi sevinc dolu bir reallığa çevrilib. Bu gün “Barsa”nın gələcək layihəsi var”.
O, həmçinin, klubun maliyyə və idman strukturunda da ciddi problemlərin olduğunu deyib:
“İdman strukturu tam balanssız vəziyyətdə idi, futbolçulara çəkilən xərclər həddindən artıq çox idi. Hər şeyi qaydaya salmaq və maaş büdcəsini azaltmaq asan olmadı”.
Rafa Yuste bu mövsüm komandanın çempion olması üçün böyük pullar xərcləmədiklərini də xüsusi vurğulayıb:
“Bu il komandanı çempion etmək üçün 30 milyon avro yatırım etdik. Halbuki, digər klublar yüz milyonlarla avro xərcləyir”.
“Barselona” La Liqada mövsümün bitməsinə bir tur qalmış 94 xalla turnir cədvəlinə başçılıq edir. İkinci pillədə qərarlaşan “Real” isə kataloniyalılardan 11 xal geri qalır.

