“Barselona” “Tottenhem”in müdafiəçisi Kristian Romero ilə maraqlansa da, transferin reallaşma ehtimalı yüksək deyil.
Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, londonlular 28 yaşlı futbolçunu 60 milyon avro dəyərində qiymətləndirir.
“Barselona” isə bu məbləği ödəmək niyyətində deyil.
Kataloniya klubu yalnız “Tottenhem”in Premyer Liqadan düşməsi halında transfer üçün hərəkətə keçə bilər. Bu vəziyyət argentinalı müdafiəçinin qiymətinə birbaşa təsir edəcək.
Romeronun “Tottenhem”lə müqaviləsinin müddəti 2029-cu ilə qədərdir. Onun komandası Premyer Liqanın son turunda “Everton”la oyunda ən azı bir xal qazanarsa, elitada qalmağı təmin edəcək.

