“Barselona”nın vingeri niyə DÇ-2026-ya dəvət almayıb? - Səbəbi bu imiş!

10:00 İspaniya 67
“Barselona”nın vingeri niyə DÇ-2026-ya dəvət almayıb? - Səbəbi bu imiş!

İsveç millisinin baş məşqçisi Qrem Potter 2026-cı il dünya çempionatı üçün açıqladığı 26 nəfərlik heyətdə “Barselona”nın vingeri Runi Bardqiyə yer verməyib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 20 yaşlı futbolçunun siyahıdan kənarda qalmasının səbəbi yalnız idman forması deyil, həm də onun davranışı olub.

Runi martda milliyə çağırılsa da, o zaman heç bir oyunda iştirak etməyib. Bundan sonra Bardqi məşqçilər heyətindən qərarın səbəbini izah etməyi tələb edib. Ona isə bunun sırf futbol göstəricilərinə əsaslandığı bildirilib.

Daha sonra futbolçu, İsveç millisi dünya çempionatına vəsiqə qazanmasını qeyd etdiyi zaman komanda yoldaşlarından fərqli olaraq, açıq şəkildə narazılıq və əsəb nümayiş etdirib.

Bu davranış isə məşqçilər heyəti tərəfindən mənfi qarşılanıb.

Potter həmin hərəkəti “komanda ruhuna zidd və eqoist davranış” kimi qiymətləndirərək, yüksək potensialına baxmayaraq, futbolçunu heyətdən kənarlaşdırıb.

Baş məşqçi kollektivdə sağlam atmosferi qorumaqda israrlı olduğunu və lazım gələrsə, top-oyunçulardan belə, imtina edəcəyini bildirib.

Bardqi ötən yay “Barselona”ya transfer olunub. O, bu mövsüm 28 oyunda meydana çıxaraq, 2 qol vurub və 4 məhsuldar ötürmə verib. İsveç millisində isə 3 oyun keçirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti