Yayda “Barselona”ya keçmək istəyir - Braziliyalı hücumçu

00:10 İspaniya 98
Yayda “Barselona”ya keçmək istəyir - Braziliyalı hücumçu

“Barselona” hücumçusu Robert Levandovskinin komandadan ayrılmasından sonra onu əvəz edəcək əsas namizədi müəyyənləşdirib.

Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, kataloniyalıların prioritet seçimi “Çelsi”nin forvardı Joao Pedrodur.

Bildirilir ki, “Barselona”nın idman direktoru Deku artıq bir neçə həftədir braziliyalı futbolçunun nümayəndələri ilə danışıqlar aparır.

Pedronun özü də Kataloniya klubuna keçid variantına müsbət yanaşır və karyerasını “Barselona”da davam etdirməkdə maraqlıdır.

Bununla belə, “Çelsi” 24 yaşlı forvardı asanlıqla buraxmaq niyyətində deyil. Futbolçunun London klubu ilə müqaviləsinin müddəti 2033-cü ilə qədərdir və ingilislərin onun üçün təxminən 100 milyon avro tələb edə biləcəyi deyilir.

Transferə təsir edə biləcək əsas amillərdən biri isə “Çelsi”nin növbəti mövsüm üçün UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməməsi ola bilər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti