Argentinalını “arzu transferi” hesab edir - Məşhur klubun prezidenti

17 May 00:10 İspaniya 633
Argentinalını “arzu transferi” hesab edir - Məşhur klubun prezidenti

“Real”ın prezidenti Florentino Peres “Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandesi transfer etməyi planlaşdırır.

Sportinfo.az “Transfer News Live”-ə istinadən xəbər verir ki, “kral klubu”nun rəhbəri argentinalı futbolçunun transferini prezidentlik kampaniyasının əsas hissələrindən birinə çevirmək niyyətindədir.

Bildirilir ki, o, Fernandesin keçidini “arzu transferi” hesab edir.

25 yaşlı futbolçunun adı uzun müddətdir Madrid təmsilçisi ilə hallanır. Onun “Çelsi” ilə müqaviləsinin müddəti 2032-ci ilə qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?