Levandovski ilə vidalaşacağını rəsmən açıqladı - “Barselona”

00:00 İspaniya 95
Levandovski ilə vidalaşacağını rəsmən açıqladı - “Barselona”

“Barselona” Robert Levandovskinin mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi sosial şəbəkə hesabında polşalı hücumçuya təşəkkür edib və onun klubun uğurlarındakı rolunu xüsusi vurğulayıb:

“Ulduz kimi gəldin, əfsanə kimi gedirsən”.

37 yaşlı Levandovski 2022-ci ildən etibarən “Barselona”nın formasını geyinir.

O, bu mövsüm bütün turnirlərdə 44 oyunda meydana çıxıb, 18 qol vurub və 2 məhsuldar ötürmə verib.

“Barselona” cari La Liqa mövsümündə çempionluğu vaxtından əvvəl təmin edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti