İspanlar sevinc içində - Yamal gözləniləndən tez qayıda bilər

21:40 İspaniya 67
İspanlar sevinc içində - Yamal gözləniləndən tez qayıda bilər

“Barselona”nın hücumçusu Lamin Yamalın zədədən bərpa prosesi gözləniləndən daha yaxşı gedir.

Sportinfoaz “The Touchline”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu bərpa planına tam uyğun şəkildə çalışır və məşqləri heç vaxt buraxmır.

Bildirilir ki, 18 yaşlı oyunçunun tam hazır vəziyyətə gəlməsi üçün ilkin olaraq DÇ-2026-nın qrup mərhələsinin üçüncü turu nəzərdə tutulsa da, indi onun starta qədər sıraya dönmə ehtimalı var.

Yamal apreldə “Selta” ilə oyunda (1:0) zədə almışdı. O, bu mövsüm 45 matçda iştirak edib, 24 qol vurub və 18 məhsuldar ötürmə verib.

İspaniya millisi dünya çempionatında H qrupunda Kabo-Verde, Səudiyyə Ərəbistanı və Urugvay yığmaları ilə mübarizə aparacaq.

11 iyun-19 iyul tarixlərini əhatə edəcək mundial ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə keçiriləcək. Turnirə 48 komanda qatılacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti