“İnter”in müdafiəçisi Alessandro Bastoni “Barselona”nın transfer hədəfləri sırasında qalır.
Kataloniyalıların italiyalı futbolçunu heyətinə qatmaq istəyi ilə bağlı xəbərlər yayılsa da, hələlik yekun qərar verilməyib.
Baş məşqçi Hans-Diter Flik və onun köməkçiləri Bastoninin komandanın taktiki sistemində mərkəz müdafiəçisi roluna nə dərəcədə uyğun gəldiyini dəyərləndirirlər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis transferə “yaşıl işıq” yandırsa, 27 yaşlı müdafiəçinin keçidi “Barselona”ya təxminən 60-65 milyon avroya başa gələ bilər.
Daha əvvəl yayılan xəbərlərdə isə Bastoninin özünün də “Barselona”ya keçidə müsbət yanaşdığı bildirilmişdi.

