Mourinyoya “yox”, Kloppa “hə” deyir - “Real”ın ulduzları

12:00 İspaniya 115
Mourinyoya “yox”, Kloppa “hə” deyir - “Real”ın ulduzları

“Real”ın paltardəyişmə otağında futbolçular yeni baş məşqçi kimi Joze Mourinyonu deyil, Yurgen Kloppu görməyə üstünlük verirlər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Cadena SER” məlumat yayıb.

Madrid klubunun futbolçuları Mourinyonun iş üslubunun kollektiv daxilində gərginliyə səbəb ola biləcəyini düşünürlər.

Çünki portuqaliyalı mütəxəssis daha sərt və bəzən konfliktli yanaşması ilə tanınır, halbuki Klopp oyunçular arasında daha çox rəğbət qazanıb.

Klub prezidenti Florentino Peres Kloppun namizədliyinin cəlbediciliyini anlayır, ancaq Mourinyonun mümkün qayıdışının yaradacağı media effektini də nəzərə alır.

Daha əvvəl xəbər verilmişdi ki, “Real” “Benfika”nın baş məşqçisi Mourinyonu dəvət etmək variantını nəzərdən keçirir, ancaq tərəflər arasında hələlik rəsmi danışıqlar aparılmayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti