90 milyonluq hücumçu paytaxt təmsilçisini tərk edir? - AÇIQLAMA

10:00 İspaniya 69
90 milyonluq hücumçu paytaxt təmsilçisini tərk edir? - AÇIQLAMA

Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone Avropanın nəhəng klublarının argentinalı hücumçu Xulian Alvareslə ciddi şəkildə maraqlandığını təsdiqləyib.

Sportinfo.az “Sky Sports”a istinadən xəbər verir ki, mütəxəssis ulduz futbolçunun transfer gündəmində olmasını normal qarşılayıb.

Simeone xüsusilə “Barselona”nın polşalı hücumçu Robert Levandovskini məhz Alvareslə əvəzləmək planları barədə yayılan xəbərlərə münasibət bildirib:

“Mən Xulian Alvaresin fikirlərini oxuya bilmərəm, ona görə də onun “Arsenal”la mümkün əlaqələri barədə nə isə deyə bilmərəm.

Lakin Alvares kimi müstəsna bir futbolçunun “Arsenal”, PSJ və ya “Barselona”ya lazım olması tamamilə qanunauyğundur. Bu normaldır, çünki o, çox güclü oyunçudur”.

“Mançester Siti”dən 90 milyon avro qarşılığında transfer olunan Alvares “Atletiko” forması ilə çıxdığı 104 oyunda 48 qol vuraraq komandanın əsas simalarından birinə çevrilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti