“Mançester Yunayted”in sabiq futbolçusu Stiv Bryus baş məşqçi karyerasını başa vurmaq qərarına gəlib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli mütəxəssis ötən ildən bəri – “Blekpul”dan ayrıldıqdan sonra işsiz idi və yeni komanda tapmadığı üçün artıq başqa fəaliyyətlərlə məşğul olacağını açıqlayıb.
Bununla belə, o, İngiltərə millisi tərəfindən təklif olacağı təqdirdə, geri dönə biləcəyinə eyham vurub.
Bryusun karyerasında baş məşqçi kimi təxminən 1000 oyun var ki, bunun 476-sı İngiltərə Premyer Liqasında keçirilib.
O, futbolçu karyerası ərzində 1987–1996-cı illərdə “Mançester Yunayted”in formasını geyinib və “qırmızı şeytanlar”ın sabiq baş məşqçisi Aleks Ferqyusonun rəhbərliyi altında üç dəfə Premyer Liqa çempionu olub.

