“Barselona”nın hücumçusu Rafinyaya Səudiyyə Ərəbistanından ciddi maraq yaranıb.
Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının bir neçə klubu braziliyalı futbolçunu transfer etmək üçün təklif göndərməyə hazırlaşır.
Pro Liqa təmsilçiləri Rafinyanı 2026-cı il dünya çempionatından sonra öz heyətlərinə qatmağa ümid edirlər. Bildirilir ki, üç klub artıq yarışa qoşulmağa hazırdır, ancaq hələ rəsmi təklif göndərilməyib.
29 yaşlı oyunçu cari mövsümdə İspaniya La Liqasında 20 matça çıxıb, 11 qol vurub və 3 məhsuldar ötürmə verib.

