“Atletiko” əsas hücumçusu Xulian Alvareslə bağlı qərarını verib.
Sportinfo.az “Sky Sports”-a istinadən xəbər verir ki, Madrid təmsilçisi argentinalı forvardı heç bir halda buraxmaq niyyətində deyil və futbolçu üçün 150 milyon avro təzminat təyin edib.
Daha əvvəl “Barselona” və “Arsenal”ın Alvaresə maraq göstərdiyi barədə xəbərlər yayılmışdı.
Ancaq “Atletiko” rəhbərliyi onu komandanın əsas parçası kimi görür və ayrılığına razı olmayacaq.
2024-cü ilin yayından Madrid komandasında çıxış edən 26 yaşlı futbolçunun klubu ilə müqaviləsinin müddəti 2029/30 mövsümünün sonuna qədərdir.
O, cari mövsümdə 47 oyunda iştirak edib, 19 qol vurub və 9 məhsuldar ötürmə verib.

