“Barselona” “Jirona”ya icarəyə verdiyi qapıçısı Mark-Andre Ter Ştegenə ümid bəsləmir.
Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, almaniyalı qolkiper üçün ən real ssenari yenidən icarəyə göndərilməsidir.
Hazırda daimi transfer ehtimalı azdır.
“Jirona” Ter Ştegenlə bu ilin yanvarında icarə müqaviləsi imzalayıb. O, komandada cəmi iki oyun keçirib, iki qol buraxıb, daha sonra isə zədələnib.
33 yaşlı futbolçunun “Barselona” ilə müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir.

