“Barselona”nı Avropanın ən yaxşısı sayır: "Heç vaxt görməmişdim ki..."

31 Mart 00:00 İspaniya 708
“Barselona”nı Avropanın ən yaxşısı sayır: "Heç vaxt görməmişdim ki..."

“Nyukasl”ın baş məşqçisi Eddi Hou “Barselona”nın səviyyəsi barədə danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli məşqçi Kataloniya klubunu Avropanın ən yaxşısı adlandırıb:

“Onlar hazırda Avropanın ən yaxşı komandasıdır, bəlkə də, dünyanın ən yaxşısıdır.

Heç vaxt heç bir komandanın bizimlə oyunda bu cür hakim olduğunu görməmişdim, hətta Premyer Liqa komandaları ilə matçlarda belə. Onlar tamamilə fərqli səviyyədədirlər”.

İngiltərə klubu daha əvvəl UEFA Çempionlar Liqasının 1/8 finalında “Barselona”ya ümumi 3:8 hesabıyla məğlub olub.

“Nyukasl” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 42 xalla 12-ci yerdədir. Komanda növbəti turda, səfərdə “Kristal Pelas”la oynayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?