“Barselona”nın prezidenti Xuan Laporta Lionel Messinin Kataloniya klubundan ayrılmasından təəssüflənib-təəssüflənməməsi ilə bağlı suala cavab verib.
Sportinfo.az “Barca Universal”-a istinadən xəbər verir ki, klub rəhbəri nə lazımdırsa, onu etdiyini deyib:
“Mən etməli olduğumu etdim. Onun “Barselona”da oynamağa davam etməsini istərdim.
Amma maddi səbəblərə görə bu mümkün deyildi. Mən bu qərarı verməli oldum”.
Messi 2003-cü ildən 2021-ci ilə qədər “Barselona”da oynayıb.
Argentinalı futbolçu Kataloniya klubu ilə 9 dəfə La Liqa, 8 dəfə İspaniya superkuboku, 7 dəfə İspaniya kuboku, 4 dəfə Çempionlar Liqası, 3 dəfə UEFA superkuboku və 3 dəfə Klublararası dünya kubokunu qazanıb.

