PSJ-nin 2 futbolçusunu heyətinə qatmaq istəyir - "Real"

29 Mart 16:55 İspaniya 1 422
PSJ-nin 2 futbolçusunu heyətinə qatmaq istəyir -

“Real” yay transfer dövründə PSJ-nin iki aparıcı futbolçusunu heyətinə qatmaq istəyir.

Sportinfo.az “sport.es”-ə istinadən xəbər verir ki, Madrid təmsilçisi portuqaliyalı yarımmüdafiəçi Vitinya və mərakeşli müdafiəçi Əşrəf Hakimini transfer siyahısına daxil edib.

Hakimi daha əvvəl də “Real”ın formasını geyinib və “kral klubu”na tanış simadır.

Vitinyanın PSJ ilə müqaviləsinin müddəti 2029-cu ilin ortalarına qədərdir və onun bazar dəyəri təxminən 110 milyon avro olaraq qiymətləndirilir.

Hakiminin isə satış dəyəri 80 milyon avro civarındadır və klubu ilə sözləşməsinin müddəti 2029-cu ilin iyununa qədərdir.

Madrid klubu hər iki futbolçunu yay transfer dövründə heyətinə qatmaq üçün cəhd göstərəcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?