Premyer Liqadan 2 “elçi”si var - “Real”ın yarımmüdafiəçisinin

12:45 İspaniya 123
Premyer Liqadan 2 “elçi”si var - “Real”ın yarımmüdafiəçisinin

“Real”ın yarımmüdafiəçisi Orelyen Tçuameninin gələcəyi ilə bağlı yeni transfer iddiaları ortaya çıxıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Liverpul” və “Mançester Yunayted” fransalı futbolçunu heyətinə qatmaq istəyir.

İngiltərə klubları 26 yaşlı oyunçuya illik 12 milyon avro maaş təklif etməyə hazırdır.

Ancaq Madrid klubu onu satmaq niyyətində deyil və komandanın əsas fiqurlarından biri kimi görür. Həmçinin, futbolçunun özü də “Real”dan ayrılmaq fikrində deyil.

Tçuameni cari mövsümdə 41 oyunda meydana çıxıb, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti