“Real” “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri Hernandesin transferindən imtina etmək qərarına gəlib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu”nun rəhbərliyi ispaniyalı futbolçunu iki əsas səbəbə görə heyətə qatmaq fikrindən daşınıb.
Bunlar onun yaşı (29) və yüksək transfer dəyəri – təxminən 65 milyon avrodur.
Madrid təmsilçisi alternativ variant kimi Vitinyanı nəzərdən keçirir. PSJ-nin formasını geyinən portuqaliyalı yarımmüdafiəçi “Real”ın əsas hədəflərindən birinə çevrilib.
Rodri “qızıl top” mükafatının sahibidir və 2019-cu ildən “Mançester Siti”də çıxış edir. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.
“Real” yay transfer dövründə PSJ-dən birdən çox oyunçunu heyətinə qatmağı planlaşdırır.

