“Barselona”ya keçidi mümkünsüz görünür - “Atletiko”nun hücumçusu

00:00 İspaniya 81
“Barselona”ya keçidi mümkünsüz görünür - “Atletiko”nun hücumçusu

“Barselona” yay transfer dövründə “Atletiko”nun hücumçusu Xulian Alvaresi heyətinə qatmaqda ciddi çətinliklərlə üzləşə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu Kataloniya təmsilçisinə keçmək üçün Madrid klubunun rəhbərliyinə təzyiq göstərmək niyyətində deyil.

Beləliklə, transfer yalnız “Atletiko” rəhbərliyi razılıq verəcəyi halda mümkün ola bilər və hazırkı şərtlərdə anlaşma ehtimalı aşağı qiymətləndirilir.

Alvaresin bazar dəyəri təxminən 90 milyon avrodur. Onun müqaviləsində isə 500 milyon avro məbləğində sərbəstqalma maddəsi yer alır ki, bu da potensial transferi demək olar ki, mümkünsüz edir.

“Barselona” bu yay hücum xəttini gücləndirməyi planlaşdırsa da, Alvaresin transferi ən çətin variantlardan biri kimi görünür.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti