FİFA “Barselona”ya vingeri Rafinya Diasın zədəsi ilə bağlı kompensasiya ödəməli olacaq.
29 yaşlı futbolçu Braziliya millisinin Fransa yığması ilə keçirdiyi yoxlama oyununda (1:2) zədələnib. O, fasilədə məcburi əvəzlənib.
Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, bu ödəniş FİFA-nın Klubların Müdafiə Proqramı çərçivəsində həyata keçiriləcək.
Braziliyalı futbolçunun sağ budunun arxa əzələsində zədə aşkarlanıb və onun təxminən 5 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Qaydalara görə, oyunçunun bərpa müddəti minimum 28 günü keçirsə, klub kompensasiya almaq hüququ qazanır.
Rafinyanın 28–29 aprel tarixlərində meydana qayıtması halında “Barselona” azı 143836 avro məbləğində kompensasiya əldə edəcək.
O, daha uzun müddət sıradan çıxarsa, bu məbləğ hər əlavə gün üçün artacaq.

