“Liverpul” “Barselona”ın hücumçusu Ferran Torreslə maraqlanır.
Sportinfo.az xəbər verir ki, bu barədə “Tactical Football Review” məlumat yayıb.
Mersisaydlılar Məhəmməd Salahın mümkün ayrılığı fonunda ispaniyalı futbolçunu əsas hədəflərdən biri kimi nəzərdən keçirir.
“Liverpul”un baş məşqçisi Arne Slot da Ferran Torresin oyun üslubunu bəyənir və onu öz taktikasına uyğun hesab edir.
26 yaşlı hücumçu cari mövsümdə bütün turnirlərdə 40 oyuna çıxıb, 16 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun “Barselona” ilə yeni müqavilə danışıqları isə hələ yekunlaşmayıb.

