Klub rəhbərliyi baş məşqçi ilə yeni müqaviləni müzakirə etməyə hazırlaşır - İki həftə ərzində

12:45 İspaniya 83
Klub rəhbərliyi baş məşqçi ilə yeni müqaviləni müzakirə etməyə hazırlaşır - İki həftə ərzində

“Barselona” rəhbərliyi baş məşqçi Hans-Diter Fliklə yeni müqavilə məsələsini müzakirə etməyə hazırlaşır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssisin maraqlarını qoruyan agent Pini Zahavi iki həftə ərzində Barselonaya səfər edəcək və klub rəhbərliyi ilə danışıqlar aparacaq.

61 yaşlı məşqçinin Kataloniya təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədər nəzərdə tutulub.

Klub prezidenti Xuan Laporta daha əvvəl bildirmişdi ki, Flikin anlaşmasının müddətini 2028-ci ilə qədər uzadılmış hesab etmək olar. Ancaq bu razılaşma hələ rəsmi şəkildə imzalanmayıb.

Flikin ətrafı ehtiyatlı mövqe tutur və tərəflər arasında əməkdaşlığın davamı ilə bağlı bəzi detallar hələ dəqiqləşdirilməlidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti