“Mançester Yunayted”dən icarə əsasında “Barselona”da çıxış edən hücumçu Markus Reşford mövsümün sonunda komandadan ayrıla bilər.
Sportinfo.az ESPN-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu “Barselona”da qalmaya bilər.
Belə ki, Kataloniya klubu onun transfer hüquqlarını əldə edə bilməsə, Reşford yenidən “Mançester Yunayted”ə qayıdacaq.
28 yaşlı futbolçunun müqaviləsində satınalma məbləği 30 milyon avro təşkil edir. Onun özünün İngiltərəyə qayıtmağa qarşı olmadığı bildirilir.
Reşford cari mövsümdə La Liqa çərçivəsində 24 oyunda meydana çıxıb, 4 qol vurub və 7 məhsuldar ötürmə verib.

