“Atletiko”nun hücumçusu Xulian Alvares karyerasını “Barselona”da davam etdirmək ehtimalını istisna etməyib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı forvard yayılan transfer şayiələrinə münasibət bildirərkən rəsmi açıqlamalarında “Atletiko”ya sadiq olduğunu vurğulasa da, Kataloniya klubuna mümkün keçidlə bağlı müzakirələr səngimir.
Alvares artıq klub rəhbərliyinə yeni çağırışlara açıq olduğunu bildirib və “Barselona”nı prioritet variant kimi gördüyünü deyib.
Transferin qarşısındakı əsas maneə isə maliyyə məsələsidir. “Barselona”nın hazırda bu keçidi reallaşdırmaq üçün kifayət qədər büdcəsi yoxdur.
“Transfermarkt” portalına əsasən, 26 yaşlı futbolçunun bazar dəyəri 90 milyon avro civarındadır. Buna baxmayaraq, Kataloniya təmsilçisi onu daha sərfəli şərtlərlə transfer etməyə çalışacaq.

