“Barselona” “Çelsi”nin hücumçusu Pedro Netonu transfer hədəfi kimi izləyir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubunun idman direktoru Deku 24 yaşlı futbolçunun nümayəndəsi ilə əlaqə saxlayıb.
Ancaq hücumçu özü açıq şəkildə bildirib ki, London təmsilçisindən ayrılmaq niyyətində deyil.
Braziliyalı forvard “Çelsi”nin formasını keçən ilin yayından bəri geyinir. O, bu müddətdə bütün turnirlər daxil olmaqla 43 oyunda iştirak edib, 18 qol vurub və 9 məhsuldar ötürmə verib.
Pedronun “Çelsi” ilə müqaviləsinin müddəti 2033-cü ilə qədərdir.

