“Barselona” 60 milyon avro ödəmək istəyir - “İnter”in müdafiəçisinə

00:10 İspaniya 82
“Barselona” 60 milyon avro ödəmək istəyir - “İnter”in müdafiəçisinə

“Barselona” “İnter”in müdafiəçisi Alessandro Bastoni ilə maraqlanır.

Sportinfo.az xəbər verir ki, bu barədə “Diario Sport” nəşri məlumat yayıb.

Kataloniya təmsilçisi italiyalı futbolçunun uzun illər komandanın müdafiə xəttinin liderinə çevriləcəyinə inanır.

Klub rəhbərliyi transferi təxminən 60 milyon avroya reallaşdırmağın mümkün olduğunu düşünür.

26 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə 35 oyunda iştirak edib, 2 qol vurub və 6 məhsuldar ötürmə verib. Onun “İnter”lə müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti