“Barselona” ilə “Real” arasında növbəti oyunun vaxtı və tarixi açıqlanıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, La Liqanın 35-ci turunda keçiriləcək qarşılaşma mayın 10-da “Kamp Nou”da olacaq.
Komandalar cari mövsümdə hər biri bir “el klasiko”nun qalibi olub: “Real” oktyabrın 26-da La Liqada evdə 2:1 hesabı ilə qələbə qazanıb,
“Barselona” isə Səudiyyə Ərəbistanında keçirilən İspaniya superkubokunun finalında 3:2 hesabıyla üstün olub.
Mayın 10-da keçiriləcək matçın start fiti saat 23:00-da səslənəcək. Bundan başqa, komandalar UEFA Çempionlar Liqasının finalında da qarşılaşa bilərlər.

