Fransalı hücumçu paytaxt təmsilçisindən ayrılır - Hara gedir?

13:10 İspaniya 73
Fransalı hücumçu paytaxt təmsilçisindən ayrılır - Hara gedir?

“Atletiko”nun hücumçusu Antuan Qrizmann karyerasında yeni səhifə açmağa hazırlaşır. Fransalı futbolçunun komandadakı son mövsümünü keçirdiyi bildirilir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Qrizmann “Orlando Siti” ilə şifahi razılığa gəlib.

“Here we go” (budur, oldu) qeydi ilə paylaşılan məlumata əsasən, 35 yaşlı forvard iyulda Avropa mövsümü başa çatdıqdan dərhal sonra MLS klubuna qoşulacaq.

Tərəflər arasında müddəti iki il olan müqavilə imzalanması gözlənilir və bu proses hətta yaxın günlərdə rəsmiləşə bilər. Qrizmann yeni komandasında da “Atletiko”da olduğu kimi, 7 nömrəli formanı geyinəcək.

O, Madrid klubunun heyətində keçirdiyi 488 oyunda 211 qol vurub və 97 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti