“Çelsi” yarımmüdafiəçisi Enzo Fernandeslə yollarını ayıra bilər.
Sportinfo.az xəbər verir ki, bu barədə “Tyc Sports” məlumat yayıb.
“Real” argentinalı futbolçu ilə ciddi şəkildə maraqlanır. “Kral klubu”nun rəhbərliyi onun transferi üçün təxminən 120 milyon avro ödəməyə hazırdır.
Fernandes özü də klubunu dəyişməyə qarşı deyil. Buna səbəb kimi isə iqlim faktoru göstərilir – yarımmüdafiəçi daha günəşli ölkədə oynamaq istəyir.
O, cari mövsümdə “Çelsi” forması ilə 46 oyuna çıxıb, 12 qol vurub və 6 məhsuldar ötürmə verib. Onun klubu ilə müqaviləsinin müddəti 2032-ci ilin yayına qədərdir.

