“Real”ın hücumçusu Kilian Mbappe zədədən sonra ilk dəfə start heyətində meydana çıxmağa hazırlaşır.
Fransalı hücumçu dizindəki problem səbəbindən beş oyunu buraxmışdı.
O, ötən günlərdə Çempionlar Liqasının 1/8 final mərhələsinin “Mançester Siti” ilə keçirilən cavab matçında sonradan oyuna daxil olmuşdu. Onun komandası həmin oyunda 2:1 hesabı ilə qalib gəlmişdi.
Sportinfo.az “Diario AS”-a istinadən xəbər verir ki, “kral klubu”nun baş məşqçisi Alvaro Arbeloa Mbappeni qarşıdakı derbidə – “Atletiko” ilə matçda ilk dəqiqələrdən meydanda görmək niyyətindədir.
Mbappe cari mövsümdə “Real” forması ilə 34 oyunda 38 qol vurub və 6 məhsuldar ötürmə verib.
27 yaşlı forvard Fransa millisinin bu ay Braziliya və Kolumbiya yığmaları keçiriləcək yoxlama oyunları üçün dəvət alıb.

