İspaniya La Liqasının prezidenti Xavyer Tebas “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun “Almeriya” klubunun hissələrini satın almasını təsdiqləyib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Ronaldo layihəyə investisiya qoymaq qərarına gəldikdən sonra “Almeriya” sosial media izləyicilərinin sayına görə İspaniyada beşinci ən böyük klub oldu.
Bu, sponsorların cəlb edilməsi və uzunmüddətli inkişaf üçün çox vacibdir. Ronaldonun gəlişi ciddi iddianın göstəricisidir”.
İspaniya klubunun populyarlığı Ronaldonun hissələrin 25 faizini almaq qərarından sonra artıb.
“Almeriya” hazırda La Liqaya yüksəlmək uğrunda mübarizə aparır. Komanda 2-ci liqanın turnir cədvəlində 3-cü yerdədir.

