İspaniya La Liqasının prezidenti Xavyer Tebas İngiltərə Premyer Liqasındakı maliyyə qaydaları ilə bağlı fikirlərini bölüşüb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu qaydaların problemlərə yol aça biləcəyini deyib:
“Biz Premyer Liqanın ədalətli maliyyə oyunu ilə bağlı yeni qaydalarından çox narahatıq, çünki bu qaydalar klublara gəlirlərinin 85 faizini xərcləməyə imkan verir.
Bir klub gəlirinin 35 faizini ümumi xərclərə xərcləyirsə və 85 faizini heyətinə xərcləyə bilirsə, onda 85 faiz+35 faiz 120-yə bərabərdir, yəni, əvvəlcə gəlirindən 20 faiz çox xərcləməyə icazə verilir.
Onlar gəlirin müəyyən faizini və oyunçu transferlərindən əldə edilən mənfəəti xərcləyə biləcəyiniz qaydanı müəyyən etsələr, iki şey baş verəcək: transfer haqları sürətlə artacaq və insanlar bu faiz daxilində qalmağa çalışdıqca “köpük” yaranacaq.
İkinci problem İngiltərə Premyer Liqasında bazar qiymətlərinin tənzimlənməməsidir. Biz çox ayığıq, çünki bu, Premyer Liqada bir “köpük” yaradacaq və bizə təsir edəcək, bizi növbəti illərdə aşağı sürükləyəcək”.

