Gələcəkdə baş məşqçi postunu ona tapşıra bilər - “Barselona”

01:30 İspaniya 88
Gələcəkdə baş məşqçi postunu ona tapşıra bilər - “Barselona”

“Komo”nun baş məşqçisi Sesk Fabreqas gələcəkdə “Barselona”nın yeni çalışdırıcısı ola bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “The Touchline” məlumat yayıb.

“Barselona” rəhbərliyi ispaniyalı mütəxəssisin A Seriyasındakı fəaliyyətini yüksək qiymətləndirir və onu Hans-Diter Flikin mümkün gedişindən sonra potensial namizədlər siyahısına daxil edib.

Klub rəhbərliyini Fabreqasın oyun üslubu, gənc futbolçulara göstərdiyi etimad və “Barsa”dakı keçmişi xüsusilə cəlb edir.

Hazırda “Barselona”nın baş məşqçisi 60 yaşlı Flikdir və o, bu vəzifəni 2024-cü ildən icra edir. Onun komandası hazırda İspaniya çempionatında 22 turdan sonra 55 xalla turnir cədvəlinə başçılıq edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
2 Fevral 18:10 Çək və bizə göndər!