“Bəzən elə hiss olunur ki, eyni yer uğrunda mübarizə aparırıq"

30 Yanvar 01:30 İspaniya 533
“Bəzən elə hiss olunur ki, eyni yer uğrunda mübarizə aparırıq"

“Barselona”nın yarımmüdafiəçisi Dani Olmo Fermin Lopeslə əsas heyət uğrunda mübarizə haqda sualı cavablandırıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı ispan futbolçu bu mübarizənin problem olmadığını deyib:

“Bəzən elə hiss olunur ki, eyni yer uğrunda mübarizə aparırıq, amma bu, heç vaxt problem olmayıb.

İndi Lopeslə birlikdə oynamaq üçün daha çox imkanımız var, düşünürəm ki, meydanda yüz faiz uyğun olduğumuzu sübut etdik. Onunla oyun vaxtını bölüşməkdən məmnunam”.

Hər iki futbolçu son vaxtlar təsirli oyun sərgiləyir və bu da baş məşqçi Hans-Diter Flikin aralarında seçim etməsini çətinləşdirir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Avqust 18:10 Çək və bizə göndər!